Ermənistanın XİN başçısı Ara Ayvazyan Moskvada səfərdədir.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, A.Ayvazyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüşdə Ermənistan-Rusiya münasibətləri, regional məsələlər müzakirə olunub. Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə mövzusu olub.