Yunanıstan sahil-mühafizə xidmətinin əməkdaşları qaçqınları Egey dənizinin ortasında ölümə tərk ediblər.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Egey dənizindəki İleryoz adasının yaxınlığında baş verib.

Yunan hərbçilər adaya çıxan qaçqınları qayığa dolduraraq dənizin ortasına gətirib. Daha sonra sahil-mühafizə xidmətinə məxsus qayıqdan başqa bir rezin qayıq suya buraxılıb. Qaçqınlar əlverişsiz hava şəraitində dalğalı dənizin ortasında rezin qayığa minməyə məcbur edilib. Daha sonra onlar suyun ortasında köməksiz vəziyyətdə tərk edilib. İnsanların köməyinə Türkiyənin sahil-mühafizə xidməti çatıb. Türk əsgərləri qaçqınların həyatını xilas edib və onları sahilə daşıyıb.