Ermənistan parlamentinin deputatı Naira Zohrabyan Paşinyanın istefasından danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvü N.Zohrabyan baş nazir Nikol Paşinyanın könüllü istefa verməyəcəyini bildirib.

"Onun necə insan olduğunu bilirəm. Yaxşı tanıyıram, Paşinyan özü gedən deyil, onu göndərmək lazımdır", - deyə bildirən erməni deputat müxalifəti Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrə əl atmağa çağırıb.