Böyük vətən müharibəsinin 101 yaşlı veteranı Valeri Severinovun meyiti Moskvada Böyük Çeremuşkin küçəsində yaşayış binalarından birinin pəncərəsi altında tapılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, Severinov intihar edib.

Qeyd edək ki, Valeri Severinov Hava-dеsant qüvvələrində pulemyot hissəsinin komandiri kimi xidmət edib. 1944-cü ildə Şərqi Avropaya köçürülüb, Macarıstanı və Avstriyanı azad edib. O, “Qırmızı Ulduz” və Vətən Müharibəsi ordeni, "İgidliyə görə", "Budapeştin azadlığı üçün", "Vyananı tutduğu üçün", "Praqanın qurtuluşu üçün", "Almaniya üzərində Qələbəyə görə" medalları ilə təltif edilib. Müharibədən sonra bir müddət “Foton” müəssisəsinin direktoru vəzifəsində çalışıb və 1997-ci ildə təqaüdə çıxıb.