Ukrayna xarici işlər naziri Dmitri Kuleba Donbasdakı vəziyyətdən danışıb.
Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, D.Kuleba Donbasdakı vəziyyətin dalana dirəndiyini və dialoq üçün yeni addımlar atılmasının vacibliyini vurğulayıb.
"İki yol var. Ya hər şey olduğu kimi qalmalıdır, ya da yeni plan masaya gətirilməlidir", - deyə Ukrayna XİN başçısı əlavə edib.
Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Hazırda bölgəni tanınmamış "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adlanan separatçı qurumlar idarə edir.