Yaxın zamanlarda Kuba və Özbəkistanın Avrasiya İqtisadi İttifaqına üzv ola bilər.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun nümayəndəsi İya Malkina bildirib. Onun sözlərinə görə, bu iki ölkənin üzvlüyü müşahidəçi xarakteri daşıyacaq və onların üzvlük məsələsinə 11 dekabrda baxılacaq.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır. Moldova müşahidəçi hüquqlu üzvlüyə malikdir.