Avstraliyada ötən il baş verən genişmiqyaslı meşə yanğınlarında 60 mindən çox koala zərər görüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) məlumat yayıb.

 Bildirilib ki, nəsli kəsilməkdə olan və qırmızı kitaba salınmış nadir heyvan növü olan koalaların 60 mindən çoxu Avstraliyadakı meşə yanğınlarında zərər görüb. Minlərlə koala tələf olub. Bu yanğınlar çərçivəsində ümumilikdə relikt və endemik flora və faunaya malik Avstraliya qitəsində ekoloji sistem böyük zərər görüb.