Roma papası Fransisk İraqa səfər edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikandakı Papalığın mətbuat xidmətindən məlumat veriblər. Səfərin 2021-ci ilin 5-8 mart tarixlərində baş tutması planlaşdırılır. Roma papası paytaxt Bağdad, Mosul, Ərbil və Qaraqoş şəhərlərində olacaq.
84 yaşlı Roma papası üçün bu səfərin olduqca riskli olduğu bildirilir.