İranda son sutka ərzində 10 min 827 nəfər koronavirusa yoluxub, 284 pasiyent həyatını itirib.

Unikal.org xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 51 min 374, pandemiya qurbanlarının sayı isə 50 min 594 nəfərə çatıb.

İndiyədək 742 min 955 xəstə sağalaraq evə buraxılıb. Hazırda xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5796 xəstənin vəziyyəti ağır olaraq qalır.