Ermənistanın paytaxtı İrəvanda silahlı insident olub.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında baş verib. İnsident zamanı bir nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları avtomat və tapançadan atılan 20-dən çox patron və üstündə qan izləri olan taxta dəyənək aşkarlayıb. Cinayətin təfərrüatı məlum deyil. Faktla bağlı cinayət işi başlanıb.