Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərlik etdiyi Milli Liberal Partiyanın parlament seçkilərində məğlub olmasından sonra istefa verdiyini elan edib.

Unikal.org xəbər verir ki, bu barədə baş nazir televiziya ilə xalqa müraciətində deyib.

"Mən bu gün istefa qərarı verdim", - baş nazir bildirib.

Qeyd edək ki, Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un ilkin nəticələrində əsasən, Sosial Demokrat Partiyası seçkilərdə liderdir.