ABŞ Venesuelada keçirilən parlament seçkilərinn nəticələrini tanımadığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-la yanaşı, Avropa İttifaqı, həmçinin Braziliya və Kolumbiya da daxil bir neçə Latın Amerikası ölkələri də bu seçkiıərin nəticəsini tanımadığını elan edib. Parlament seçkilərinin saxtalaşdırıldığı əsas gətirilir.
Qeyd edək ki, Venesuelada dünən keçirilmiş parlament seçkilərindən sonra prezident Nikolas Maduroya sadiq qüvvələr qələbəsini elan etmişdi. Bir sıra müxalifət qüvvələri seçkiləri boykot etmişdi və nəticələri tanımayacağını öncədən bildirmişdi. Nikolas Maduro seçkilərdən əvvəl müxalifətin qalib gələcəyi təqdirdə istefa verəcəyini bəyan etmişdi.