Donald Tramp seçkilərin nəticəsini öz lehinə dəyişmək üçün kömək istəyib.

Unikal.org xəbər verir ki, bu barədə "Washington Post" nəşri yazıb. Qəzet qeyd edir ki, Tramp bir müddət əvvəl Pensilvaniya ştatının Nümayəndələr Palatasındakı təmsilçisi Brayan Katlerə zəng edərək həmin ştatda yenidən sayım zamanı nəticələri öz lehinə dəyişmək üçün kömək istəyib. Bu barədə Brayan Katlerin ofisindən məlumat ötürüldüyü bildirilir.

Mənbənin sözlərinə görə, bu, Trampın eyni cəhdi etdiyi üçüncü ştatdır. Bundan əvvəl Donald Tramp Miçiqan və Corciya ştatlarında da analoji addımlar atmağa çalışıb.