Pakistan Rusiyadan koronavirusa qarşı vaksin almağın şərtini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan baş nazirinin səhiyyə məsələləri ilə bağlı köməkçisi Feysal Sultan məlumat verib. Onun sözlərinə görə, ölkəsi Pakistan və Çindən vaksin almağı planlaşdırır.
"Amma vaksinlərin effektivliyi və təhlükəsizliyi sübut olunmalıdır", - deyə bəyan edən F.Sultan Pakistanın vaksin mənbələrini diversifikasiya edəcəyini və bir neçə ölkədən vaksin tədarük edəcəyini bildirir.