Türkiyə hərbi sənayesi arsenalda olan təyyarələrin modernizasiyasına başlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin inventarında olan C-130 təyyarələri "TUSAŞ" şirkətinin mühəndisleri tərəfindən inkişaf etdirilmiş yeni sistemlərlə təmin edilir. 19 təyyarənin modernizasiyasını nəzərdə tutan layihədə artıq 7 təyyarə tam müasirləşdirilib.
Yeni nəsil texnologiyalarla təmin edilən təyyarələrin texniki göstəriciləri yüksələcək və pilotların iş yükü minimuma enəcək.