Ermənistan Milli Təhlükəsizlik Xidmətinə bir müddət əvəzedici qismində rəhbərlik etmiş Mikael Ambarsumyan istintaqa çağırılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün Mikael Ambarsumyan sabah üçün Xüsusi İstintaq Komitəsinə dəvət olunub. Onun hansı mövzuda dindiriləcəyi ilə bağlı məlumat verilməyib.
Müxalifət bunun siyasi səbəbli təzyiq olduğu qənaətindədir.