Ermənistan parlamentinin üzvü baş nazir Nikol Paşinyanın hakim "Mənim addımım" fraksiyasını saxtakarlıqda suçlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif İşıqlı Ermənistan Partiyasının deputatı və parlament fraksiyasının rəhbəri Edmon Manukyan iqtidar fraksiyasının parlamentdəki səsvermələrin nəticələrini saxtalaşdırdığını söyləyib.

Nəticədə hakim fraksiyaya mənsub deputatlarla E.Manukyan arasında söz atışması yaşanıb. Parlamentin iclasına gərginliyə görə ara verilib.