Ermənistanda itkin düşən hərbi qulluqçuların ailə üzvləri yenidən böyük aksiya keçiriblər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar səbrin artıq tükəndiyini və övladları haqqında xəbər almaq istədiklərini bildiriblər. 34 itkin hərbçinin ailə üzvlərinin qatıldığı aksiya Eçmiadzin şəhərində keçirilib. Etirazçılar paytaxt Yerevana yürüş edəcəklərini açıqlayıblar. Onlar bütün itkin ailələrini aksiyaya qoşulmağa çağırıblar.

"Ermənistan hakimiyyəti bizi aldadır. 50 gündən çoxdur ki, övladlarımızdan xəbər yoxdur. Amma hər gün bizə sabah məlumat veriləcəyi ilə bağlı yalanlar danışılır. Artıq dözmək olmur", - deyə itkin valideynlərindən biri etiraz edib.