Ermənistanda siyasi şərait olduqca gərgindir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün saat 12-də birləşmiş müxalifət qüvvələrinin Nikol Paşinyana istefa tələbi ilə verdiyi ultimatumun vaxtı tamam olub. Baş nazir Nikol Paşinyan istefa verməyib. Müxalif Daşnaksütun Partiyası bununla bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə erməni xalqının küçələrə çıxması və Paşinyanın istefasını tələb etməsi çağırışı yer alıb.

Kütləvi itaətsizlik və hakimiyyət orqanlarının fəaliyyətinin bloklanması birləşmiş müxalifətin əsas hədəflərindəndir.