90 yaşlı Britaniya sakini olan qadın dünyada koronavirusa qarşı klinik sınaqlardan kənar "Pfizer" peyvəndi edilən ilk insan olub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Koventri sakini Marqaret Kinan yerli vaxtla səhər 06.30-da xəstəxanada peyvənd edilib. 2 dekabr tarixində Britaniya bütün klinik sınaqlar başa çatdıqdan sonra Pfizer/ BioNTech (ABŞ və Almaniya) tərəfindən istehsal olunan peyvəndi kütləvi istifadə üçün təsdiqləyən ilk ölkədir.

Digər iki peyvənd – Amerikanın “Moderna” və Britaniyanın “AstraZeneca” (Oksford Universiteti ilə birlikdə yaradılıb) tənzimləyici tərəfindən nəzərdən keçirilir, lakin təsdiqlənmə vaxtı məlum deyil.