Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Unikal.org-un xəbərinə görə, iclasda “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çxıarılıb.

Müzakirələrdən sonra sənəd parlamentin dekabrın 11-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.