Erməni katalikosu Aramdan sonra, Erməni apostolik kilsəsi Eçmiadzinin katalikosu II Qaregin də baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, II Qaregin parlamentə və erməni xalqına ictimai müraciət edib. Müraciətdə Ermənistan toplumunun müharibədən sonra böyük əzab çəkdiyi və həyəcan keçirdiyi, baş nazirin bunu daha da artırmadan sakit şəkildə vəzifəsindən istefa verməsi tələbi qoyulub. Parlamentə xitabən isə Qaregin vaxt itirmədən milli razılaşma əsasında keçid hökuməti qurmağı xahiş edib.

Xəbər verdiyimiz kimi, erməni katalikosu I Aram da Paşinyanı istefaya çağırmışdı.