İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin regional siyasətinin müzakirə mövzusu olmadığını bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İran XİN başçısı bu barədə "Twitter" hesabında yazıb. O, ABŞ-la nüvə razılaşmasına ölkəsinin İran körfəzi ətrafındakı ölkələrlə münasibətlərinin də salınması haqqında bəzi ərəb ölkələrinin istəklərinə toxunub.

"Regional siyasətimizi Qərblə razılaşdırmayacağıq. İran körfəzindəki qonşularımızla isə daim dialoqda olacağıq", - deyə M.C. Zərif bəyan edib.