Macarıstanın xarici işlər naziri Piter Siyyarto Türkiyənin Avropanın təhlükəsizliyindəki rolundan danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, P.Siyyarto Türkiyənin Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

"Avropanın təhlükəsizliyi böyük ölçüdə Türkiyənin əlindədir", - deyə bəyan edən Macarıstan XİN başçısı ölkəsinin də Türkiyə ilə münasibətlərə və əməkdaşlığa yüksək qiymət verdiyini əlavə edib. O qeyd edib ki, hazırda Türkiyə ilə Avropa Birliyi arasında olan müəyyən anlaşmazlıqlar diplomatiya və dialoq yolu ilə asanlıqla çözülə bilər.