Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda paytaxt küçələrində eyni səviyyəli piyada keçidlərinin təşkili davam etdirilir.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumatda qeyd olunub ki, agentlik tərəfindən yol kəsişmələrində aşağıdakı işlər yekunlaşdırılmaq üzrədir:
Yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi; 80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.
Ümumilikdə isə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyin artmasına, piyadaların rahatlığının təmin olunmasına, piyada keçidlərindən istifadəni stimullaşdırmaqla əlçatanlığın artırılmasına şərait yaradacaq.
Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcəkdir.