Almaniyanın iqtisadi beyin mərkəzləri "Brexit"in sosial-iqtisadi nəticələri ilə bağlı analitik hesabat hazırlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda Böyük Britaniyanın Avropa Birliyi ilə müqayisədə daha çox ziyan görəcəyi qeyd olunub.

Ayrı-ayrı ittifaq ölkələri ilə müqayisədə Birləşmiş Krallıq bəzi sferalarda öndə olsa da, ümumittifaq miqyasında müqayisədə istər ÜDM, istər idxal-ixrac sahələrində Avropa İttifaqı daha az iqtisadi zərər görəcək.