Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Unikal.org xəbər verir ki, AQTA əməkdaşları tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 409 ictimai iaşə obyektində 794 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 31-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov, 6-cı mkr. ev.5  ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus “Pub Karaoke” kafesi, M.Mirqasımov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Tuncay Əlpənah oğluna məxsus kafe, Binəqədi şosesi, Biləcəri yolunda yerləşən, fiziki şəxs Rüstəmli İsrafil Hüseyn oğluna məxsus “Mələk” restoranı, Nəsimi rayonu, Puşkin küç., ev.13 ünvanında yerləşən, fiziki şəxs Əhədov Müşfiq Ramiz oğluna məxsus dönər evi, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli ev.106 M.5 ünvanında yerləşən, fiziki şəxs Atli Abdulkadirə məxsus kafe, Suraxanı rayonu, Yaşayış Sahəsi V (Yeni Günəşli qəs.) ev.31f ünvanında yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdulvahidoviçə məxsus çay evi, Yasamal rayonu, Salamzadə, 1055-ci məhəllə, 1-ci mərtəbə, ev.7 ünvanında yerləşən, fiziki şəxs Qarayeva Gülşən Allahverdi qızına məxsus kafe, Xəzər rayonu, Binə ştq, Fuad Aynulov (Binə qəs.), ev.4 ünvanında yerləşən, fiziki şəxs Əliyev Mircavad Rövşən oğluna məxsus çay evi, Yasamal rayonu, Bəşir Səfəroğlu küç., 2-ci blok, 1-ci mərtəbə, ev. 539-cu məhəllədə yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Portofino” restoranı, Yasamal rayonu, Firudin Ağayev ev A, 559-cu məhəllə M.26 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe, Şirin Mirzəyev 53 ünvanında yerləşən, fiziki şəxs Əskərov Vüsal Mirtahir oğluna məxsus kafe, Səbail Rayonu, Zeynalabdin Tağıyev, ev.16/18 M.0 ünvanında yerləşən, fiziki şəxs Mustafazadə Eşqin Hafis oğluna məxsus “Yoshi Sushi” kafesi, M.Hadi küç., ev 382d ünvanında yerləşən, fiziki şəxs Şirinov Rəşad Behbud oğluna məxsus kafe.

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhəri, məh 34 ev, Sülh küçəsində yerləşən, fiziki şəxs Bağırov Əlibala Əmirxan oğluna məxsus "Köz" dönər evi, 34-cü məhəllədə yerləşən, Hüquqi şəxs “Körpülü” firmasına məxsus kafe, 10 mkr ev, Koroğlu pr. m.567k ünvanında yerləşən, fiziki şəxs Azərli Vüsal Azər oğluna məxsus "Froush Lounge" kafesi, 9-cu mkr-da yerləşən, fiziki şəxs Nəsrullayev Nicat Məhəmməd oğluna məxsus "Halal Dönər" dönər evi, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Aslanov İlqar Zahid oğluna məxsus "Dalğa" restoranı, 8-ci mkr, Bakı küçəsində yerləşən, "Hacıbaba" marketin nəzdində dönər evi, 6-cı məhəllədə yerləşən, fiziki şəxs Əkbərov Şaiq Zahid oğluna məxsus "Zeytun" kafesi, Sülh küçəsində yerləşən, fiziki şəxs İmanov Rəşad Mehman oğluna məxsus "Xan Çinar" kafesi, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən, fiziki şəxs Soltanov İlqar Təbriz oğluna məxsus "Oscar" çay evi;

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsi, ev 134 ünvanında yerləşən, fiziki şəxs Səfərova Qumral Rövşən oğluna məxsus "CHEF" dönər evi, Masazır, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Bəşirov Şəhriyar Əlişirin oğluna məxsus "Kolorit Pub", Xırdalan şəh., H.Əliyev pr. ev.1726 ünvanında yerləşən, fiziki şəxs Həsənov Raqil Səməd oğluna məxsus "Köz dönər" dönər evi, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1 ünvanında yerləşən, fiziki şəxs Haxverdiyev Zamiq Nəriman oğluna məxsus "Evim Pub";

Şəmkir şəhəri, Çinarlı kəndi, fiziki şəxs Hümbətov Bəxtiyar Hüseyn oğluna məxsus kafe;

Gəncə şəhəri, Ş.İ.Xətai ev, Züqo Tovr şadlıq evinin qarşısı, fiziki şəxs Xəlilov Fərhad Fərid oğluna məxsus çay evi, Atatürk pr 249 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sərxan Səlyan oğluna məxsus kafe;

Mingəçevir şəhəri, M. Bəkirov küçəsində yerləşən, fiziki şəxs Əyyubov Vaqif Nəriman oğluna məxsus kafe, D.Əliyeva küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Fazil Qədir oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.