"Ata, yurdumuzu - Laçını almağa gedirik, anama deyin, nigaran qalmasın, əksinə, şəhid olsam, qürur duysun. Nəbadə ağlayasınız".
Unikal.org xəbər verir ki, bu sözləri şəhid Tural Rəhimov atası Gəray Rəhimovla telefonda danışarkən deyib:
"Səhər-səhər saat 10-a qalmışdı, zəng etdi. Dedi "Ata, narahat olmayın, narahat olmağa bir əsas yoxdur. Biz irəliyə doğru gedirik, mən şəhid ola bilərəm, amma mənim üçün heç vaxt heyifslənməyin".