İraqın şimalında keçirilən etiraz aksiyası zamanı 2 etirazçı öldürülüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Süleymaniyyə şəhərində regional kürd muxtariyyətinin hakimiyyət orqanlarının fəaliyyətinə etiraz məqsədilə təşkil olunmuş aksiyada baş verib. Muxtariyyətin təhlükəsizlik qüvvələri dinc mitinqçilərə atəş açıb.

Nəticədə biri uşaq olmaqla, 2 nəfər həyatını itirib. Aksiya dağıdılıb.