Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 211 nəfər ölüb. Bu, COVD-19-dan gündəlik ölümlə bağlı Türkiyədə ən yüksək göstəricidir.

Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.

Nazir qeyd edib ki, son 24 saatda  koronavirus  testi 200 mini keçib. Belə ki, bu gün 201 219 nəfər testdən keçib,  6593 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 33 198 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.  

Ağır xəstə sayı isə 5882 nəfər olub.   

Qeyd edək ki, Türkiyədə indiyədək 552 304 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 314 nəfəri ölüb.