Fransada Milli Maliyyə Prokurorluğu eks-prezident Nikola Sarkoziyə ikisi şərti olmaqla, 4 il həbs cəzası istəyib.  Prokurorluğun bu tələbi telefon danışıqlarının dinlənilməsi iddiası ilə bağlıdır.

Unikal.org “TASS”a istinadla xəbər verir ki, bu barədə Paris prokurorluğunun nümayəndələri bildiriblər.

Prokurorluq bu işdə adı keçən vəkil Tyerri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək rütbəli nümayəndəsi Jilber Aziber üçün də eyni cəza tələb edib.