Çin Hindistanla sərhəddə böyük hərbi düşərgələrin inşasına başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu düşərgələr Çin-Hindistan sərhədi boyu min kilometrlərlə uzanan əraziləri tam olaraq əhatə edəcək. Bu sərhədlərdə demarkasiya və delimitasiya prosedurları aparılmayıb və xeyli hissələrdə mübahisəlidir. Məsələ Hindistanda böyük narazılığa səbəb olub və Çinin addımı mübahisəli ərazilərin qəsb olunması və Hindistan tərəfini fakt qarşısında qoymaq cəhdi kimi qiymətləndirilib.
Qeyd edək ki, sərhəd məsələləri ilə bağlı Çinlə Hindistan arasında diplomatik gərginlik mövcuddur. Bu gərginlik özünü bəzən silahlı sərhəd insidentlərində göstərir. Dağlıq bölgələrdən keçən Çin-Hindistan sərhədlərində Çin 60 minlik, Hindistan isə 50 minlik müxtəlif növ qoşun hissələri saxlayır.