Türkiyədə 47 cinayətin törədilməsində iştirak etmiş şəxs saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə təsadüfən baş verib. Koronavirusla bağlı karantin tədbirləri çərçivəsində vətəndaşların pasportu yoxlanarkən bu cinayətkar da postda dayandırılıb.
Həmin şəxsin 47 cinayətdə iştirak etmiş, axtarışda olan Hakan Barut olduğu müəyyən edilib və o dərhal həbs edilib.