Vətən müharibəsində şücaət göstərən zabitlərimizdən biri də kapitan Kənan İsrafilov olub.
Unikal.org xəbər verir ki, döyüşdüyü müddətdə 11-dən çox düşmən mövqeyini darmadağın edib.
Yoldaşları "Murov qartalı" adlandırdıqları zabit 1990-cı ildə Şəkinin Şirinbulaq kəndində dünyaya gəlib. Kənan İsrafilov Naxçıvanski adına Hərbi Liseydən Hərbi Akademiyayadək bütün təhsilini yüksək göstəricilərlə başa vurub. O, yüksək taktiki və fiziki bacarıqlı hərbçi olduğuna görə qısa müddətdə kapitan rütbəsinədək yüksəlib. 27 sentyabrdan etibarən ön xəttə döyüşüb.
Düşmənin qorxulu kabusuna çevrilən tabor komandiri ermənilərin bütün postlarını məharətlə darmadağın etməyi bacarırıb. O, Murovdağ, Cəbrayıl, Suqovuşan və digər istiqamətlərdə düşmənin 11 postunu ələ keçirib. Sonuncu dəfə 5 oktyabrda Talış istiqamətində gedən şiddətli döyüşlərdə isə düşmən Kənanın başçılıq etdiyi bölməni pusquya salıb. Əsgərlərini xilas etsə də, özü düşmən gülləsinə tuş gəlib.