Afrika qitəsində COVID-19-la bağlı vəziyyət gərgin olaraq qalır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitədə son sutka ərzində virusa yoluxan şəxslərin sayı 13 046 olub. 402 yeni ölüm faktı qeydə alınıb.

Bununla da Afria qitəsində  2 milyon 300 min 244 ümumi yoluxma sayı müşahidə olunub. Koronavirusdan ölənlərin sayı isə 54 611-ə yüksəlib..