ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden dönəmində sanksiyalar məsələsinə yenidən baxılacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni administrasiya Maliyyə Nazirliyində bu sahə ilə bağlı araşdırma aparmağı planlaşdırır.
Nazirliyin xarici ölkələrə sanksiya tətbiqi ilə bağlı fəaliyyətinə yenidən baxılacaq. Terrorizmin maliyyələşdirilməsi sahəsində cinayətlər törətmiş xaricilərə sərt sanksiya tətbiqi prioritet təşkil edəcək.