Ermənistan mətbuatı ölkədə erkən parlament seçkiləri keçiriləcəyi ilə bağlı etibarlı informasiyalar əldə olunduğunu yazır.

Unikal.org xəbər verir ki, "Joğovurd" qəzeti də bu mövzuda material dərc edib. Qeyd olunur ki, həm müxalifət, həm də iqtidar belə seçkilərin keçirilməsini planlaşdırır.

Eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası gizli toplantısında 2021-ci ilin may-iyun ayında parlament seçkiləri keçiriləcəyi və partiyanın seçkilərə hazırlıq işləri müzakirə olunub. Bildirilir ki, baş nazir Nikol Paşinyan da qapalı iclaslarda komandasına təxminən həmin dövrdə erkən seçkilər olacağını və seçki kampaniyası üçün maliyyə məsələlərini həll etməyi tapşırıb.

Xatırladaq ki, Ermənistanda 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra siyasi gərginlik davam edir. Müxalifət Paşinyanın dərhal istefa verməsini tələb edir.