Əfqanıstanda terror aktı nəticəsində 3 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qazne əyalətində baş verib. Bomba yüklü avtomobil hərbi müşahidə məntəqəsinə hücum edib. Nəticədə məntəqədə partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hər hansı terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.