İlon Mask ikinci ən varlı milyarder olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "SpaceX" və "Tesla" şirkətlərinin sahibi Blumberq milyarderlər indeksi (BBI) üzrə reytinq cədvəlində ikinci yerdə qərarlaşıb.

"Forbes" nəşrinin açıqladığı məlumata görə isə İlon Maskın sərvəti 1.6 milyard dollar artaraq 144.7 milyard dollara yüksəlib. Hər iki reytinq cədvəlində Maskın tutduğu yer üst-üstə düşüb.

Qeyd edək ki, cədvəldə birinci yeri "Amazon" şirkətinin sahibi Ceff Bezos tutur.