İsrailin baş naziri Benyamin Netanyahunun əsas rəqibi Gideon Saar yeni partiya quracağını açıqlayıb.

Unikal.org xarici istinadən xəbər verir ki, hazırda müxalifətin əsas simalarından biri olan millət vəkili Netanyahunun sədrlik etdiyi Likud Partiyasının funksionerlərindən biri olub.

G.Saar hazırda Likud Partiyasının siyasi kursunu dəyişdiyini və Benyamin Netantahunun şəxsi maraqlarına xidmət edən alətə çevrildiyini bəyan edib. Gideon Saar həmçinin növbəti seçkilərə qatılacağını elan edib.