İran prezidenti Həsən Ruhani neft ixracatında "dünya gücü" olmaq istədiklərini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhani gələn ilə gündəlik 2 milyon 300 min barrel neft istehsal etməyi hədəflədiklərini bildirib.

"Dünya bu mesajı yaxşı anlamalıdır. İran neft ixracatında dünya gücü olacaq. Gələcəkdə sanksiya tətbiqi mümkün olmayan sahələri inkişaf etdirməliyik. Amma bu iş şüarlarla olmaz", - deyə Ruhani bəyan edib.