Dekabrın 14-dan “Rosselxoznadzor” Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalını qadağan edib.
Unikal.org xəbər verir ki, buna səbəb məhsullarda mozaika virusunun aşkarlanmasıdır.
"Rosselxoznadzor virusun açkarlanmasından sonra bu il 14 dekabr tarixindən Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalının qadağan edilməsini zəruri sayır”, - deyə məlumatda qeyd olunub.