Rusiyada koronavirus pandemiyası ilə bağlı silah satışında artım qeydə alınıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "ORSIS" silah istehsalı şirkətinin rəhbəri Valeri Novoselov danışıb.
Onun sözlərinə görə, pandemiya başlayan son bir il ərzində silah satışlarında kəskin yüksəliş müşahidə olunub. Bəzi hallarda hətta tələbat istehsalı üstələyib. Tüfəng və tapançalar başda olmaqla, bütün növ silah növlərinin satışı artıb. Mülki əhali arasında silahlara marağın artması təəccübə səbəb olub.
Mütəxəssislər hesab edir ki, bunun müxtəlif səbəbləri ola bilər. Karantin dönəmində əylənmək və səmərəli vaxt keçirmək üçün ov tüfəngləri satışı arta bilər. Həmçinin sosial izolyasiyanın insanlarda yaratdığı psixoloji gərginlik də zorakılığa meyili artıra və insanlarda silahlara maraq oyada bilər.