Belarusun keçmiş baş naziri Vyaçeslav Kebiç dünyasını dəyişib.

Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, Vyaçeslav Kebiç bu gün 85 yaşında vəfat edib. Məlumatı onun yaxınları və rəsmilər təsdiqləyib.

90-cı illərin qarışıq dövrlərində baş nazir olmuş V.Kebiç postsovet məkanında simpatiya duyulan siyasi xadim olub. Qərb dairələrində də olduqca məşhur siyasətçi kimi tanınıb. O, SSRİ-nin dağılması ilə bağlı Belovejsk sazişinə imza atan üç dövlət başçısından biri olub. Fəaliyyəti dövründə ölkəsinin müstəqil siyasət yürütməsinə çalışıb.