İraqın Kərkük şəhərində neft mədənlərinə hücum olunub.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, hadisə Kərkükdə neft yataqlarındakı 33 və 44 nömrəli quyularda baş verib. Belə ki, naməlum terrorçular quyuları partladıblar.
Bəzi mənbələr isə neft mədənlərinin İŞİD terror qruplaşması tərəfindən bombalandığını bildirir. Nəticədə böyük dağıntə və ekoloji çirklənmə əmələ gəlib.
İtkilərlə bağlı məlumat yoxdur.