İsraildə vaksinasiya prosesi baş nazir Benyamin Netanyahudan başlanacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu B.Netanyahu özü açıqlayıb.

"İlk mən vaksin olunacam. "Pfizer" şirkətinin vaksinlərinə güvənirəm. İsrail xalqına örnək olmaq üçün onu birinci mən istifadə edəcəm", - deyə Benyamin Netanyahu bildirib.

Belçikadan 100 min dozada vaksinin artıq yola çıxdığı və Təl-Əvivdəki hava limanına çatdırıldığı qeyd olunur.