İranda ötən sutka ərzində 295 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla İranda virusdan ölənlərin sayı 51212 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10223 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1072620 nəfərə yüksəlib.