Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Səmədov Mais Şadıbəy oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

DİN-dən Unikal.org-a verilən məlumata görə, 43 yaşlı M.Səmədov Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub.

O, oktyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Evli idi, 2 övladı var.