Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişələrə görə yaşadığı yerləri məcburi tərk etməli olan insanlarla bağlı hesabat hazırlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hesabatı BMT baş katibi Antonio Quterriş təqdim edib.
Hesabatda Suriya, Konqo, Mozambik, Somali və Yəməndə yaşanan kataklizmlərin 2020-ci ildə insanlara böyük zərər vurduğu qeyd olunub. Dünyada məcburən evini tərk etməli olan insanların sayının 80 milyonu keçməsi böyük təəssüf doğurub. 26,4 milyon yeni qaçqın dalğasının əmələ gəldiyi, onlardan 20,7 milyonunun BMT himayəsi altında sığınacaqlara yerləşdirildiyi bildirilib.