Noyabrın 25-də Azərbaycana təhvil verilən Kəlbəcər rayonunda fəaliyyətə başlayan polis şöbəsinin fotosu yayılıb.

Unikal.org xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana təhvil verilən Kəlbəcər rayonunda ilk olaraq polis şöbəsi qurulub. Elə həmin gün polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları Ordu ilə birgə Kəlbəcər rayonuna daxil olub.

Noyabrın 25-dən RPŞ rəisi, polis polkovnik-leytenantı Əkbər Haxverdiyev komendant kimi fəaliyyətə başlayıb. Fotoda görünən inzibati bina isə təmir edilərək polis şöbəsinin istifadəsinə verilib.

Bina Kəlbəcər şəhərində yerləşir.